"İçəri Şəhər" Estoniyada Beynəlxalq Film Festivalında nümayiş olunub

"İçəri Şəhər" Estoniyada Beynəlxalq Film Festivalında nümayiş olunub Filmin növbəti nümayişi noyabrın 21-də olacaq
Mədəniyyət siyasəti
18 Noyabr , 2016 15:24
İçəri Şəhər Estoniyada Beynəlxalq Film Festivalında nümayiş olunub

Bakı. 18 noyabr.REPORT.AZ/ “İçəri Şəhər” bədii filmi Estoniyanın XX Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında nümayiş olunub. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, filmin növbəti nümayişi noyabrın 21-də olacaq. “İçəri Şəhər” festivalın “Forum” proqramında iştirak edir. 

Məlumata görə, “İçəri Şəhər” Hindistanın XXI Kerala Beynəlxalq Film Festivalına və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) dəvət alıb. Eyni zamanda, hazırda Misirin Qahirə Beynəlxalq Film Festivalında göstərilir və tədbirdə filmin ssenari filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat da iştirak edir.

Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov,Elmira Şabanova və digərləri canlandırıblar.

Son xəbərlər

Orphus sistemi