Yuxarı

Hollivud məşhur Kuba filmlərini bərpa edəcək

Kuba tərəfi Los-Ancelesdəki Kaliforniya Universitetinin kinoarxivinin nümayəndələri ilə danışıqlar aparıb

Bakı. 27 aprel. REPORT.AZ/ ABŞ Kinematoqrafiya sənətləri və elmləri akademiyası Kuba Filmotekası ilə birgə məşhur kubalı kinorejissor Tomas Qutyerres Aleanın iki filmini bərpa edəcək. 

"Report" "TASS"a istinadən xəbər verir ki, mütəxəssislər "Şeytana qarşı Kuba döyüşü" fəlsəfi hekayə (1971) və "Qurtulmuşlar" filmini (1979) yeniləyəcək. İşlərin bu ilin dekabr ayında Havanada keçiriləcək beynəlxalq kinofestivala qədər başa çatdırılması planlaşdırılır. 

Tomas Qutyerres (1928-1996) - ən məşhur kubalı kinematoqrafçıdır. Onun işləri arasında "Çiyələkli və şokoladlı" (Fresa y chocolate, 1993), "Quantanamera" (Guantanamera, 1995), "Gerilik haqqında xatirələr" (Memorias del subdesarrollo, 1968), "Bürokratın ölümü" (La muerte de un burcrata, 1966) adlı filmləri dünya şöhrəti qazanıb.

Bir müdət əvvəl Kuba tərəfi Los-Ancelesdəki Kaliforniya Universitetinin kinoarxivinin nümayəndələri ilə səmərəli danışıqlar aparıb. Onun mütəxəssisləri Pola Qetti fondu ilə birgə 1932-1960-cı illər arasında çəkilən klassik filmləri bərpa etmək razılığına gəlib. Bura Argentina, Meksika və Kuba kinematoqrafçılarının işləri daxildir. 5 Kuba filminin bərpa olunması nəzərdə tutulub. 

Ötən ilin dekabr ayında Kuba və ABŞ hər iki ölkənin rəhbərləri Raul Kastro və Barak Obama tərəfindən elan olunmuş münasibətlərin normallaşması prosesinə başlayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi