Mədəniyyət günləri çərçivəsində “Bakı 2015” Birinci Avropa Oyunları ilə bağlı təqdimat, Bakının Avropa Oyunlarına hazırlıqlarını əks etdirən filmin nümayişi, Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Rəqs Ansamblının çıxışı olacaq.
Həmçinin Heydər Əliyev Fondu, Azərbaycanın Yunanıstandakı səfirliyi və Yunanıstanın Marianna V.Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə bu ölkədə təhsilə dəstək layihəsinə yardım üçün xeyriyyə konserti keçiriləcək.
Artıq Afina Azərbaycanı tərənnüm edən banerlərlə bəzədilib, eləcə də şəhər küçələrindəki monitorlarda müxtəlif video çarxlar nümayiş etdirilir.
Xatırladaq ki, Heydər Əliyev Fondu ölkələr və xalqlar arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın təbliği məqsədi ilə bugünədək Rusiya, Almaniya, Fransa, İtaliya, Yunanıstan və digər ölkələrdə bir sıra tədbirlər, müxtəlif layihələr həyata keçirib.