Yuxarı

Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunan konsert keçiriləcək

Konsertin təşkilində məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir

Bakı. 29 noyabr. REPORT.AZ/ Dekabrın 3-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunan konsert keçiriləcək.

Konsertin təşkilində məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.

Konsertdə Xalq Artisti Gülyanaq Məmmədova, Əməkdar Artist Səlim Abbasov (skripka), müğənnilər Bahar Lətifqızı, Mirkamil Kamilov, Vüsalə Əsgərova, Eldəniz Məmmədov, Şəhla Həmidova, İlahə İbadova, Elvin Abdullayev və başqaları sevilən ifalarını səsləndirəcəklər. Müğənniləri səhnədə Əsəd Əliyevin rəhbərliyi ilə əlillərdən ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi