Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının sərgisi açılacaq

Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının sərgisi açılacaq Heydər Əliyev Mərkəzində açılan sərgi fevralın sonunadək davam edəcək
Mədəniyyət siyasəti
25 Noyabr , 2015 15:12
Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının sərgisi açılacaq

Bakı. 25 noyabr. REPORT.AZ/ Sabah Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının sərgisi açılacaq. Mərkəzdən "Report"a verilən xəbərə görə, tədbir Azərbaycanda "Latviyanı duyun" şüarı altında keçirilən Latviya günləri çərçivəsində baş tutacaq.

"Müxtəlif dənizlər. Bir dünya" adlı sərgidə tanınmış latviyalı rəssamlar Aleksey Naumov, Kristaps Zarins və Andris Vitolinsin əsərləri nümayiş olunacaq.

Aleksey Naumov (1955) tanınmış peyzaj ustası və müasir Latviya plener rəngkarlığının görkəmli nümayəndəsidir. Hazırda o, Latviya Rəssamlıq Akademiyasının rektorudur. 60-dan artıq fərdi sərgisi keçirilib, 40-dan artıq birgə sərginin iştirakçısı olub.

Kristaps Zarins (1962) Latviya Rəssamlıq Akademiyasının prorektoru və professorudur. Latviya və digər ölkələrdə bir sıra fərdi sərgiləri keçirilib, birgə sərgilərdə iştirak edib. Onun əsərləri Latviya və Rusiyanın müxtəlif muzeylərində, Avropa ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.

Andris Vitolins (1975) sənaye rəngkarlığının təmsilçilərindən biri kimi tanınır. Əsasən insan tərəfindən yaradılmış obyektlərin rəsmini çəkir, lakin yaradıcılığında təbiət mənzərələrinə də yer ayırır. İndiyə qədər 10-dan artıq fərdi sərgisi açılıb, 40-dan çox birgə sərginin iştirakçısı olub. Latviya Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasının dosentidir.

Heydər Əliyev Mərkəzində açılan sərgi fevralın sonunadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi