​Heydər Əliyev Fondunun dəstəyi ilə Kannda təşkil olunan atəşfəşanlıq şousunun videosu yayımlanıb

​Heydər Əliyev Fondunun dəstəyi ilə Kannda təşkil olunan atəşfəşanlıq şousunun videosu yayımlanıb “Pirotexnika sənəti” atəşfəşanlıq müsabiqəsində Azərbaycanla yanaşı, Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir
Mədəniyyət siyasəti
21 İyul , 2015 11:48
​Heydər Əliyev Fondunun dəstəyi ilə Kannda təşkil olunan atəşfəşanlıq şousunun videosu yayımlanıb

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Kannda keçirilən ənənəvi “Pirotexnika sənəti” festivalında çıxış edib. Heydər Əliyev Fondunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, festival “Bakı Atəşfəşanlıq Qrupu”nun şousu ilə başlayıb.

Qeyd edək ki, Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə bu festivalda 2013-cü ildən iştirak edir. Builki atəşfəşanlıq isə həm də müsabiqə xarakterli olması ilə seçilir.

“Bakı Atəşfəşanlıq Qrupu”nun 25 dəqiqəlik şousunun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması böyük maraqla qarşılanıb. Tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar.

Kannda avqustun 24-dək davam edəcək “Pirotexnika sənəti” atəşfəşanlıq müsabiqəsində Azərbaycanla yanaşı, Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir.

Azərbaycanın müsabiqədə təqdim olunan şousunun videosu festivalın saytında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi