"Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah" adlı kitabın təqdimatı olub

"Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah" adlı kitabın təqdimatı olub Mərasimdə millət vəkilləri çıxış ediblər
Mədəniyyət siyasəti
6 May , 2016 07:48
Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah adlı kitabın təqdimatı olub

Bakı.6 may.REPORT.AZ/ Ötən ilin dekabr aynda Səbail Rayon İcra Hakimiyyətində (RİH) keçirilmiş "Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah" mövzusunda dəyirmi masadakı çıxışlar əsasında hazırlanan eyniadlı kitab işıq üzü görüb.

"Report" xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən təqdimat mərasimində rayon rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, elm, təhsil, incəsənət və din xadimləri və s. iştirak edib.

Kitabda ümumilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövlərini əhatə edən, prezident İlham Əliyevin bu gün həyata keçirdiyi işlərdən bəhs edən məqalələr və foto şəkillərin toplanıb.

Mərasimdə Səbail RİH-in başçısı Eldar Əzizov, Milli Məclisin sədr müavini Bahar Muradova, qurumun Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, "Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıxov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, YAP Səbail rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyev çıxış edib.

Çıxışlarda bu kitabın ilk olduğu və gələcəkdə də bu silsilədən olan digər kitabların çap olunacağı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi