Nazir: “Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması istiqamətində görülən işlərlə şəxsən Birinci vitse-prezident məşğul olur” - EKSKLÜZİV

Nazir: “Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması istiqamətində görülən işlərlə şəxsən Birinci vitse-prezident məşğul olur” - EKSKLÜZİV Nazir bildirib ki, heykəlin ucaldılması ilə bağlı işlər Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilir
Mədəniyyət siyasəti
11 Aprel , 2019 17:18
Nazir: “Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması istiqamətində görülən işlərlə şəxsən Birinci vitse-prezident məşğul olur” - EKSKLÜZİV
Mədəniyyət naziri Əbülfəs Qarayev / Report / Firi Salim

“Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması istiqamətində görülən işlərlə şəxsən Birinci vitse-prezident Mehriban Əliyeva məşğul olur”.

Bunu “Report”a eksklüziv açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı işlər Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilir: “Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərində heykəlinin ucaldılmasına həssaslıqla yanaşmaq lazımdır. Heykəlin ucaldılması üçün yer müəyyənləşdiriləcək. Daha sonra heykəlin hazırlanması üçün müsabiqə elan olunacaq. İşlər qaydasında gedir. Heykəlin hansı rayon ərazisində ucaldılacağı ilə bağlı öncədən məlumat vermək isə düzgün deyil”.

Xatırladaq ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevə heykəl ucaldılması barədə təklifi əməkdar artist Bəhram Bağırzadə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşündə səsləndirib. Dövlət başçısı isə B.Bağırzadənin təklifini dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi