Gürcüstanın Milli Muzeyinin Şərq kolleksiyası Bakıdan Tbilisiyə qaytarılıb

Gürcüstanın Milli Muzeyinin Şərq kolleksiyası Bakıdan Tbilisiyə qaytarılıb 2019-cu ilin mayından Bakıda sərgilənən Gürcüstanın Milli Muzeyinin Şərq kolleksiyası Tbilisiyə qaytarılıb
Mədəniyyət siyasəti
5 May , 2021 11:48
Gürcüstanın Milli Muzeyinin Şərq kolleksiyası Bakıdan Tbilisiyə qaytarılıb

2019-cu ilin mayından Bakıda sərgilənən Gürcüstanın Milli Muzeyinin Şərq kolleksiyası Tbilisiyə qaytarılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə muzeyin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, muzeyə məxsus eksponatlar dünyanın məşhur memarı Zaha Hadidə məxsus və XXI əsrin ən möhtəşəm memarlıq abidəsi kimi tanınan Heydər Əliyev Mərkəzində nümayiş etdirilib.

“Pandemiyaya baxmayaraq, 2019-cu ilin mayın 27-dən 2021-ci ilin aprel ayının ortalarına qədər minlərlə ziyarətçi “Tarixin şah əsərləri” adlı sərgini ziyarət edib”, - məlumatda qeyd olunub.

Üç yüzədək eksponatın təqdim olunduğu sərgidə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən kolleksiya və məşhur fotoqraf Dmitri Yermakovun unikal fotoarxivi nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi