Gürcüstanın ali məktəbində Azərbaycanşünaslıq Mərkəzi açıla bilər

Gürcüstanın ali məktəbində Azərbaycanşünaslıq Mərkəzi açıla bilər Gürcüstanın Texniki Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılması təklif olunub.
Mədəniyyət siyasəti
22 Fevral , 2022 18:20
Gürcüstanın ali məktəbində Azərbaycanşünaslıq Mərkəzi açıla bilər

Gürcüstanın Texniki Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılması təklif olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qarşı tərəf təklifi çox yaxşı qarşılayıb: "Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə bu məsələ gündəmdə saxlanılacaq və Azərbaycanın ali məktəblərinin yaxından iştirakı ilə mərkəzin yaradılması istiqamətində birgə iş aparılacaq".

Nazir, həmçinin deyib ki, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetindəki Heydər Əliyev Mərkəzinin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulub. O qeyd edib ki, bu mərkəzdə Azərbaycan dili müəllimlərinin hazırlığının təşkili də mümkün ola bilər.

Son xəbərlər

Orphus sistemi