Gülyaz Məmmədova: “Heydər Əliyevin rəftarı, hazırcavablığı hər dəfə bizi heyran qoyurdu”

Gülyaz Məmmədova: “Heydər Əliyevin rəftarı, hazırcavablığı hər dəfə bizi heyran qoyurdu” “Hər dəfə konsert proqramlarında kürsüdən Heydər Əliyevin çıxışını dinləyərkən onun incəsənətə nə qədər yaxın olduğunu hər birimiz hiss edirdik”.
Mədəniyyət siyasəti
25 Mart , 2023 13:40
Gülyaz Məmmədova: “Heydər Əliyevin rəftarı, hazırcavablığı hər dəfə bizi heyran qoyurdu”

“Hər dəfə konsert proqramlarında kürsüdən Heydər Əliyevin çıxışını dinləyərkən onun incəsənətə nə qədər yaxın olduğunu hər birimiz hiss edirdik”.

Bunu “Report”a müsahibəsində Xalq artisti, xanəndə Gülyaz Məmmədova deyib.

O vurğulayıb ki, ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinin dostu idi:

“Mən incəsənət ailəsinin üzvü olduğum üçün bunu rahatlıqla deyə bilirəm. Onun bizlərlə rəftarı, hazırcavablığı hər dəfə bizi heyran qoyurdu. Konsertlərə gələndə səhnədə kimlərin çıxış edəcəyi, hətta hansı əsərləri səsləndirəcəyi barədə dəqiq məlumatlı olardı”.

Xalq artistinin sözlərinə görə, 1997-ci ildə Gülyanaqla Azərbaycan Televiziyasında qonaq olduqları zaman “Heyratı” muğamını səsləndiriblər:

“Bu çıxışımızdan qısa müddət sonra bizə dövlət tədbirində çıxış etmək üçün dəvət gəldi. Xeyli təəccübləndik, lakin bunun necə baş verdiyini heç birimiz başa düşməmişdik. Məsələni maraqlanıb öyrəndik ki, cənab Prezident bizim televiziyada səsləndirdiyimiz muğamı eşidib və bəyənib. Deyib ki, o “Heyratı” muğamını səsləndirən bacıları da tədbirə dəvət edin.

Bu hadisə Heydər Əliyevin incəsənətə diqqətinin sadəcə kiçik bir nümunəsidir. Heç bir zaman yeni gördüyü sima, istedad onun diqqətindən yayına bilməzdi. Elə ondan sonra tez-tez dövlət tədbirlərində iştirak edirdik”.

Gülyaz Məmmədovanın geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi