Göyçayda XIII Nar festivalı keçirilir

Göyçayda XIII Nar festivalı keçirilir Bakı. 3 noyabr. REPORT.AZ/ Göyçay rayonunda XIII Nar festivalı başlayıb.
Mədəniyyət siyasəti
3 Noyabr , 2018 12:49
Göyçayda XIII Nar festivalı keçirilir

Bakı. 3 noyabr. REPORT.AZ/ Göyçay rayonunda XIII Nar festivalı başlayıb.

"Report" xəbər verir ki, festival Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Nar festivalında  dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da iştirak edir.

Festivalda nar məhsullarının sərgi-yarmarkası nümayiş olunacaq. Rayon Mədəniyyət Evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış edəcəklər. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçiriləcək. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq.

Noyabrın 4-də isə Heydər Əliyev parkında nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək.

Qeyd edək ki, müxtəlif turizm şirkətləri 3-4 noyabr tarixlərində Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun görməli yerləri ilə tanış olacaq, bayram tədbirinə qatılacaq, satış-yarmarkalarında nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi