Əbülfəs Qarayev Polşa səfirini qəbul edib

Əbülfəs Qarayev Polşa səfirini qəbul edib Görüşdə Azərbaycan-Polşa mədəni əlaqələrindən danışılıb
Mədəniyyət siyasəti
8 May , 2015 17:17
Əbülfəs Qarayev Polşa səfirini qəbul edib

Bakı. 8 may. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Polşanın Azərbaycandakı səfiri Marek Tsalkanı qəbul edib. 

"Report" xəbər verir ki, nazir Polşa ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla Polşanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və iki ölkənin qarşılıqlı olaraq bir-birinə dəstək göstərməsinin vacibliyi vurğulanıb.

Səfir Marek Tsalka iki ölkə arasında intensiv əlaqələrin mövcud olduğunu və gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu qeyd edib. 

Səfir Azərbaycan-Polşa mədəni əlaqələrinin dinamik inkişaf etməsindən məmnunluğunu ifadə edib. 

Son xəbərlər

Orphus sistemi