Gənclər Günü ilə bağlı "Açıq Mikrofon" keçiriləcək - VİDEO

Gənclər Günü ilə bağlı "Açıq Mikrofon" keçiriləcək - VİDEO 2 fevral - Gənclər Günü münasibəti ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin və MAG (Müasir Azərbaycan Gənci) verilişinin təşkilatçılığı ilə Açıq Mikrofon Gənclərin Musiqi Marafonu keçiriləcək.
Mədəniyyət siyasəti
112
1 Fevral , 2020 12:46
Gənclər Günü ilə bağlı Açıq Mikrofon keçiriləcək - VİDEO

2 fevral - Gənclər Günü münasibəti ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin və MAG (Müasir Azərbaycan Gənci) verilişinin təşkilatçılığı ilə "Açıq Mikrofon" Gənclərin Musiqi Marafonu keçiriləcək.

“Report”un xəbərinə görə, burada istedadlı, bacarıqlı gənclər öz məharətlərini geniş tamaşaçı auditoriyasında, möhtəşəm səhnədə nümayiş etdirəcəklər.

Konsert proqramının xüsusi qonaqları: Hiss, Tibu, PRoMete, Tomris, Samirə Əfəndi, Fariz İlyasov, Anar Bəylər, Riad Abdul, Ayaz Babayev, Fərid Həsənov, Məlik Ramiz, Amir Paşayev, Cavidan Fətihi, Vüsal Rzasoy, Fərid Həsənov, Bəxtiyar Məmmədov, The RED jungle, Jafarlinsky Band, East or Weast, Vivace Kvartet, "AMAROK" qrupu, Stage New Life rəqs qrupu, Grifon Dance studio,Sübhi Abbas, DJ Vebo və digər sürpriz ifaçılar tanınmış bloqerlərin təqdimatı ilə çıxış edəcəklər.

Bu möhtəşəm gündə olan gənclərin “İrşad Electronics”in təqdim etdiyi “Honor 9X” mobil telefonu, “Honor Band 5” (20x) və digər maraqlı hədiyyələri qazanmaq şansı olacaq.

Eyni zamanda gənclər MAG-ın rəsmi "Facebook" səhifəsində qeydiyyatdan keçməklə minlərlə tamaşaçı qarşısında çıxış edib, böyük səhnələrə ilk addımını ata bilərlər.

Xatırladaq ki, "Açıq Mikrofon" “Report”un informasiya dəstəyi ilə keçiriləcək.

Fevralın 2-si saat 17:30-da; "Bakı İdman Sarayı"da (Əl oyunları Sarayı) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və MAG-ın təşkilatçılığı ilə keçirilən konsert proqramında sizi də gözləyirik. Giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi