Gəncədə Azərbaycanın dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə ümumşəhər tədbiri keçirilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Nizami Gəncəvinin heykəlinin önündən başlayaraq Cavad xan küçəsi boyunca təşkil edilən təntənəli tədbirdə rəsmi şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə aktyorlar tərəfindən səhnələşdirilən dahi şairin əsərləri nümayiş edilib, onun sözlərinə bəstələnmiş nəğmələr səsləndirilib.
Həmçinin sənətkarların əl işlərindən ibarət sərgi də təşkil olunub.