Gəncədə Əhməd Cavadın barelyefi qoyulub

Gəncədə Əhməd Cavadın barelyefi qoyulub Azərbaycanın dahi şairi Əhməd Cavadın Gəncə şəhərində vaxtilə yaşadığı evin divarında baralyefi qoyulub.
Mədəniyyət siyasəti
137
15 Oktyabr , 2021 12:50
Gəncədə Əhməd Cavadın barelyefi qoyulub

Azərbaycanın dahi şairi Əhməd Cavadın Gəncə şəhərində vaxtilə yaşadığı evin divarında barelyefi qoyulub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Heydər Əliyev prospektində barelyefin açılışı mərasimi keçirilib.

Tədbirdə şairin nəticəsi Cavad Axundzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər dahi şairin həyat yolundan, Azərbaycan ədəbiyyatına verdiyi mühüm töhfələrdən danışıblar.

Son xəbərlər

Orphus sistemi