Gəncədə Aİ-Azərbaycan əlaqələrinin 25 illiyi münasibəti ilə konsert proqramı keçirilib - FOTO

Gəncədə Aİ-Azərbaycan əlaqələrinin 25 illiyi münasibəti ilə konsert proqramı keçirilib - FOTO Tədbirdə Aİ-yə üzv ölkələrin və şəhər nümayəndəliyinin rəsmiləri iştirak edib
Mədəniyyət siyasəti
12 İyun , 2016 00:15
Gəncədə Aİ-Azərbaycan əlaqələrinin 25 illiyi münasibəti ilə konsert proqramı keçirilib - FOTO

Gəncə. 12 iyun. REPORT.AZ/ Gəncə şəhərində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, qruma üzv dövlətlər və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aİ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Heydər Əliyev parkındakı Amfiteatrda keçirilən tədbirdə ilk olaraq Aİ və Azərbaycanın himnləri səsləndirilib.

Daha sonra Aİ-nin Azərbaycandakı səfiri Malena Mard və Gəncənin icra başçısı Elmar Vəliyev çıxış edərək şəhərin Avropanın Gənclər paytaxtı seçilməsnin tarixi uğur olduğunu və bu gün Gəncə üçün bir bayram olduğunu bildirib. Həmçinin Aİ-yə üzv ölkələrin Azərbaycandakı səfirləri əhaliyə öz ölkələrinin salamlarını çatdırıblar. Konsert proqramı “Azərbaycanın səsi” müsabiqəsi müğənnilərinin ifaları ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi