Gəncədə 8 800 nəfərin iştirakı ilə Nizami Gəncəvinin portreti yaradılıb

Gəncədə 8 800 nəfərin iştirakı ilə Nizami Gəncəvinin portreti yaradılıb “Nizami ili” münasibətilə noyabrın 15-də başlayan Nizami Gəncəvi Beynəlxalq Festivalı maraqlı təqdimatlarla davam edir.
Mədəniyyət siyasəti
184
18 Noyabr , 2021 20:29
Gəncədə 8 800 nəfərin iştirakı ilə Nizami Gəncəvinin portreti yaradılıb

“Nizami ili” münasibətilə noyabrın 15-də başlayan Nizami Gəncəvi Beynəlxalq Festivalı maraqlı təqdimatlarla davam edir.

"Report" xəbər verir ki, festival çərçivəsində şairin yurdunda daha bir maraqlı layihə gerçəkləşib. Noyabrın 18-də Gəncə şəhərinin Heydər Əliyev meydanında fləşmob təşkil olunub. Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, şəhər Təhsil İdarəsinin dəstəyi, Gəncə Şəhər İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə hazırlanan fləşmobdan əvvəl ərazi bütövlüyümüzü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

8 800 nəfərin iştirakı ilə baş tutan layihədə Gəncə Maarif İctimai Birliyinin könüllüləri, şəhərin ali təhsil müəssisələrinin tələbələri, orta məktəb şagirdləri dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin portretini və 880 rəqəmini canlı olaraq yaradıblar.

Xoreoqrafı Mobil Qarayev olan fləşmob şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi