Gənc Tamaşaçılar Teatrının əməkdaşları təltif edilib - SİYAHI

Gənc Tamaşaçılar Teatrının əməkdaşları təltif edilib - SİYAHI Bakı. 10 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb.
Mədəniyyət siyasəti
10 Dekabr , 2018 17:10
Gənc Tamaşaçılar Teatrının əməkdaşları təltif edilib - SİYAHI

Bakı. 10 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb.

“Report”un xəbərinə görə, sərəncamla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Əliyeva Lətifə Cahandar qızı

Novruzova Nübar Qulu qızı

“Əməkdar artist”

Abdullayeva Mehriban Abdulla qızı

Əsədov İlham Əsəd oğlu

Hüseynov Elnur Bəhrəmxan oğlu

Şərifova Güşvər Fətulla qızı

“Əməkdar mədəniyyət işçisi”

Rəhimli Rafiq Səfər oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Vaqif Firudin oğlu Əsədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Qasımov Tariel İsgəndər oğlu

“Tərəqqi” medalı ilə

Babayeva Məsumə Mustafa qızı

Babayeva Sona

Əliyev Rahib Səyidağa oğlu

Əsədov İsa Qadir oğlu

Hüseynova Kəmalə Müzəffər qızı

Muradxanlı Ələsgər Calal oğlu.

Son xəbərlər

Orphus sistemi