2020-ci il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,6 faiz olmaqla, mütləq ifadədə 439,2 milyon manat təşkil edəcək.
"Report" xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb.
Qeyd olunub ki, bu da 2019-cu illə müqayisədə 99,6 milyon manat və ya 29,3 faiz çoxdur.
Həmin vəsaitin 178,1 milyon manatı və ya 40,6 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar, mədəniyyət sarayları, evləri, mərkəzləri, teatrlar, musiqi kollektivlarinin maliyyə təminatına) xərclərinə, 52,0 milyon manatı və ya 11,9 faizi televiziya, radio və nəşriyyat xərclərinə ("Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi və s.), 55,1 milyon manatı və ya 12,5 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə (beynəlxalq və respublika səviyyəli idman və gənclər siyasəti tədbirlərinin keçirilməsinə), 154,0 milyon manatı və ya 35,1 faizi bu sahələrdə digər müəssisə və tədbirlərlə bağlı (mədəniyyət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı xərclər, qeyri-dövlət təşkilatlarına maliyyə yardımı, diasporaya dəstək,