Yuxarı
    Bağlamaq

    Gələn il Bakıda Qarabağ irsi mövzusunda beynəlxalq elmi toplantı keçiriləcək

    Bu barədə qərar İstanbulda İslam Tarixi, İncəsənəti və Mədəniyyətini Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru ilə görüşdə verilib

    Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda 2017-ci ilin oktyabrında Qarabağ irsi mövzusunda beynəlxalq elmi toplantı keçiriləcək.

    Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, İstanbulda İslam Tarixi, İncəsənəti və Mədəniyyətini Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Halit Erenlə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının aş katibi Vasif Eyvazzadə arasında keçirilmiş görüşdə bu məsələ müzakirə edilib.

    Görüşdə Halit Eren nazir Əbülfəs Qarayevin İRCİCA-nı ziyarət etdiyi zaman Qarabağ mədəniyyəti və irsi mövzusunda birgə fəaliyyətin həyata keçirilməsinin razılaşdırıldığı və daha sonra məktub mübadilələri ilə bu təklifin təsdiqləndiyini bildirilib.

    V.Eyvazzadə hazırda Ermənistanın işğalı altında olan ərazilərimizdə bütün tarixi abidələrin dağıdıldığını, İslam irsinin ən vacib nümunələrinin, dini məbədlərin, məscidlərin məhv edildiyini diqqətə çatdırıb.

    İRCİCA-nın Baş direktoru İslam Əməkdaşlıq Təşkilatının tarixi-elmi, mədəni araşdırmalar mərkəzi olaraq bu məsələdə Azərbaycan ilə daha sıx əməkdaşlıq etməyə hazır olduqlarını, 2017-ci ilin oktyabrında keçiriləcək elmi toplantının İslam dünyasının nüfuzlu elm xadimlərini Qarabağ mövzusunda bir araya gətirəcəyini bildirib.

    H.Eren 1997-ci ildə ulu öndər Heydər Əliyevin İRCİCA-nı ziyarət etdiyini və 1998-ci ildə Bakıda Ümummilli liderin himayəsi ilə Qafqazda islam mədəniyyəti mövzusunda beynəlxalq konfransın keçirildiyini xatırladıb.

    Görüşdə gələn il keçiriləcək elmi toplantının proqramı, müzakirə mövzuları, habelə 2017-ci ildə baş tutacaqk 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi