Gələn ay Bakıda Beynəlxalq Kitab sərgisi keçiriləcək
Gələn ay Bakıda Beynəlxalq Kitab sərgisi keçiriləcəkOktyabrın 5-dən 9-a qədər paytaxtda 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi - “Baku International Book Fair 2022” keçiriləcək.
Oktyabrın 5-dən 9-a qədər paytaxtda 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi - “Baku International Book Fair 2022” keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov bildirib.
16 ölkədən 60 xarici, 130 yerli nəşriyyat və təşkilatın təmsil olunacağı sərgi Şuşa ilinə həsr olunacaq.
Sərginin məqsədi kitab və mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, Azərbaycanda kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdır.
5-9 oktyabr tarixlərində @culture_gov_az təşkilatçılığı ilə EXPO mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab sərgisi keçiriləcəkdir. 16 ölkədən 60 xarici & 130 yerli nəşriyyat və təşkilatın təmsil olunacağı sərgi Şuşa ilinə həsr olunacaq. Hamını bu möhtəşəm kitab bayramına dəvət edirik pic.twitter.com/Az0beD37nv