Fransada "Azərbaycan günləri"i başlayıb

Fransada "Azərbaycan günləri"i başlayıb Konqreslər Sarayında 300-dən artıq şəhər sakini və bələdiyyə nümayəndəsinin iştirakı ilə konfrans keçirilib
Mədəniyyət siyasəti
7 Mart , 2017 11:15
Fransada Azərbaycan günlərii başlayıb
Diasporla İş üzrə Dövlət Komitəsi

Bakı. 7 mart. REPORT.AZ/ Fransanın Akiten bölgəsinin Arkaşon şəhər meriyası və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Arkaşonda Novruz bayramına həsr edilən "Azərbaycan günləri" çərçivəsində silsilə tədbirlər keçirilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın Fransadakı səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə baş tutan tədbirlər Arkaşon şəhərinin meri İv Fulon ilə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiyasiyasınin prezidenti, Fransa parlamentinin üzvü Jan-Fransua Mansel və Paris Azərbycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasınin baş katibi Mirvari Fətəliyevanın rəsmi görüşləri ilə başlayıb.

Daha sonra şəhərin Konqreslər Sarayında 300-dən artıq şəhər sakini və bələdiyyə nümayəndəsinin iştirakı ilə konfrans keçirilib. Azərbaycan mədəniyyətinə, tarixinə, turizminə həsr edilən qisa filmin nümayişi ilə başlayan konfransda E.Əmirbəyov "Azərbaycan: ənənələr və müasirlik ölkəsi" mövzusunda çıxış edib. Səfir Azərbaycanın tarixi, müstəqilliyi, siyasi-iqtisadi uğurları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz regionunda ölkənin rolu, Fransa-Azərbaycan münasibətləri mövzusuna toxunan səfir iştirakçıların suallarını cavablandırıb.

Konfransdan sonra Bakı Media Mərkəzinin istehsal etdiyi 1919-cu ildə Paris Sulh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən sənədli film nümayiş etdirilib.

Sonra şəhərin Olimpiya Teatrında Novruz bayramına, Bakı şəhərinin qədim və müasir abidələrinə, Azərbaycanın təbiətinə həsr edilən rəsm və fotosərgi nümayiş etdirilib. Sərginin açılışında şəhərin meri İ. Fulon, J.F Mansel, səfir E.Əmirbeyov çıxış edib. İ.Fulon 2015- ci ildə Azərbaycan etdiyi ilk səfəri barədə danışıb, bu səfərin onda böyük təəssürat yaratdığını bildirib. O, Arkaşonda bir ay davam edəcək Azərbaycan günlərinin şəhər sakinlərinə ölkənin mədəniyyəti haqqında dolğun məlumat verəcəyini qeyd edib.

J.F.Mansel Azərbaycanın təbliği ilə bağlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verərək həyata keçirilən tədbirlərin Azərbaycanın zəngin mədəniyyəti və tarixinin tandilmasi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. O, tolerantlığın, multikulturalizmin beşiyi Azərbaycanı Fransada təbliğ etməklə yanaşı, Assosiasiyanın fransızlar üçün Azərbaycana təşkil etdiyi tanışlıq səfərlərindən də bəhs edib.

Sərgidən sonra teatrın konsert salonunda Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ulduzları” rəqs ansamblının konserti olub. Konsertə 1000-dən artıq tamaşaçı toplaşıb. 

Son xəbərlər

Orphus sistemi