Yuxarı
    Bağlamaq

    Fransa səfiri: "Mədəniyyət sahəsində Azərbaycanla münasibətlər fəal şəkildə inkişaf edir"

    Səfirlik gələn il Bakıda tanınmış fransız rəssamların rəsm əsərlərindən ibarət böyük sərgi keçirməyi planlaşdırır

    Bakı. 14 mart. REPORT.AZ/ "Mədəniyyət sahəsində Azərbaycanla münasibətlər fəal şəkildə inkişaf edir". "Report" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Orelya Buşe bildirib.

    "Biz bu əlaqələri gələcəkdə də inkişaf etdirmək niyyətindəyik, xüsusilə də gənclər kontekstində", - deyə səfir vurğulayıb.

    Onun sözlərinə görə, Frankofoniya günləri çərçivəsində bu il gənclərə İsveçrə, Belçika, Fransa, Rumıniya və Misir istehsalı olan müasir fransız dilli filmlər göstəriləcək.

    "Frankofoniya günləri çərçivəsində ölkədə təhsil alan şagirdlər, eləcə də tərcüməçilər üçün çoxlu sayda müsabiqə keçirmək niyyətindəyik. Hesab edirik ki, Fransa və Azərbaycan xalqlarının yaxınlaşmasını istəyiriksə, bunun üçün gənclər, gələcək mütəxəssislər bir neçə xarici dildə, o cümlədən fransız dilində danışmağı bacarmalıdır", - deyə O.Buşe bildirib.

    Diplomat səfirliyin gələn il Bakıda tanınmış fransız rəssamların rəsm əsərlərindən ibarət böyük sərgi keçirməklə bağlı böyük planlarının olduğunu da qeyd edib: "Sərgi Azərbaycanın ən böyük Fransa təsisatları, o cümlədən muzeyləri ilə əməkdaşlığı çərçivəsində keçiriləcək. Odur ki, böyük layihəyə hazırlaşırıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi