Finlandiyada yaşayan azərbaycanlılar Novruz bayramı münasibətilə yerli sakinlər üçün şənlik keçirib

Finlandiyada yaşayan azərbaycanlılar Novruz bayramı münasibətilə yerli sakinlər üçün şənlik keçirib Bakı. 21 mart. REPORT.AZ/ Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatı Espoo şəhərindəki Uşaq Hüquqları Müdafiə Mərkəzində Novruz bayramı münasibətilə yerli sakinlər üçün şənlik təqdimatı keçirib.
Mədəniyyət siyasəti
21 Mart , 2018 16:18
Finlandiyada yaşayan azərbaycanlılar Novruz bayramı münasibətilə yerli sakinlər üçün şənlik keçirib

Bakı. 21 mart. REPORT.AZ/ Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatı Espoo şəhərindəki Uşaq Hüquqları Müdafiə Mərkəzində Novruz bayramı münasibətilə yerli sakinlər üçün şənlik təqdimatı keçirib.

"Report" xəbər verir ki, Azər-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarova Novruz bayramının azərbaycanlılar üçün əziz olduğunu deyib. 

"Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq bu bayramı qeyd edirlər. Azərbaycanda Novruz bayramı keçmiş SSRİ vaxtı qadağan edilib. Buna baxmayaraq, milli adət-ənənələr ölməyib. Biz azərbaycanlılar baharın gəlişi bayramını Finlandiyada da qeyd edirik",- deyə o bildirib.

Təqdimat yerli iştirakçıların marağına səbəb olub və bunun daimi hər il qeyd olunması istənilib. Fin uşaqları eyni zamanda Azərbaycan rəqslərinə də böyük maraq göstəriblər.

Qeyd edək ki, Azər-Türk Gənclər Təşkilatı Avropa Azərbaycanlıları Konqresinin üzvüdür

Son xəbərlər

Orphus sistemi