Yuxarı

Filarmoniyada I Avropa Oyunlarının açılışına həsr olunan "Polşa Günü" keçirilib

Tamaşaçılara Frederik Şopen, Voytsex Kiların əsərləri təqdim olunub

Bakı. 14 iyun. REPORT.AZ/ Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında  I Avropa Oyunlarının açılış mərasiminə həsr olunan konsert keçirilib. "Report" xəbər verir ki, tədbir Polşa Olimpiya Komitəsi, Xarici İşlər Nazirliyi, həmçinin bu ölkənin İdman və Turizm Nazirliyi tərəfindən təşkil olunub. 

Konsertdə məşhur Polşa pianoçusu Kşiştof Yablonski polşalı dirijor Marçin Nalenç-Neşelovskinin idarə etdiyi Üzeyir Hacıbəyli adına Azəbaycan Dövlət Simfonik Orkestri ilə birgə tamaşaçılara  Frederik Şopen və Voytsex Kiların əsərlərini təqdim ediblər. Tamaşaçılar arasında fəxri qonaq qismində Polşa Milli Olimpiya Komitəsinin nümayəndələri, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də olub. 

Filarmoniyanın foyesində 2 sərgi nümayiş olunub. 

Tədbir iştirakçıları polşalı dizayner Nataşa Pavluçenkonun kolleksiyası ilə tanış olub və Polşa milli mətbəxinin təamlarından dadıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi