​Expo-2015 çərçivəsində Milanda Azərbaycan günü keçiriləcək

​Expo-2015 çərçivəsində Milanda Azərbaycan günü keçiriləcək Qonaqlar Azərbaycan musiqisi və mətbəxi ilə tanış ola biləcəklər
Mədəniyyət siyasəti
8 İyul , 2015 11:16
​Expo-2015 çərçivəsində Milanda Azərbaycan günü keçiriləcək

Bakı 8 iyul. REPORT. AZ / Expo-2015 çərçivəsində iyulun 9-da Milanda Azərbaycan günü keçiriləcək.

"Report" EXPO-2015-in rəsmi saytına istinadən xəbər verir ki, tədbir çərçivəsində dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş konsert olacaq.

Konsertdən sonra tədbirdə iştirak edən qonaqlar Azərbaycan mətbəxinin yeməkləri ilə tanış ola biləcəklər.

EXPO-2015 çərçivəsində baş tutacaq Azərbaycan günü tədbirinin açılış mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi