Ermənistandakı qədim Azərbaycan abidələrinin vəziyyəti barədə məlumat toplanır

Ermənistandakı qədim Azərbaycan abidələrinin vəziyyəti barədə məlumat toplanır "Nazirlik tərəfindən müəyyən işlər görülməkdədir"
Mədəniyyət siyasəti
10 Mart , 2021 16:58
Ermənistandakı qədim Azərbaycan abidələrinin vəziyyəti barədə məlumat toplanır
Anar Kərimov

"Hazırda Ermənistanın ərazisi olan tarixi Azərbaycan torpaqlarındakı abidələrimizin vəziyyəti ilə bağlı da Nazirlik tərəfindən müəyyən işlər görülməkdədir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

"Bu yaxınlarda Türkiyəyə səfər çərçivəsində orada da bu məsələni müzakirə etdik. Orada arxiv sənədləri ilə bağlı işlər aparılır ki, gələcəkdə əzəli torpaqlarımız olan İrəvan xanlığı ərazisində dağıdılmış abidələrimizlə bağlı materialları beynəlxalq aləmə təqdim və təbliğ edək", - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi