​Azərbaycan yanvar ayında üç beynəlxalq turizm sərgisində təmsil olunacaq

​Azərbaycan yanvar ayında üç beynəlxalq turizm sərgisində təmsil olunacaq Sərgilərdə Azərbaycandan ümumilikdə 22 turizm şirkəti iştirak edəcək
Mədəniyyət siyasəti
15 Yanvar , 2015 23:32
​Azərbaycan yanvar ayında üç beynəlxalq turizm sərgisində təmsil olunacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan 2015-ci ilin yanvar ayında üç beynəlxalq turizm sərgisində iştirak edəcək.

"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, nazirlik Türkiyənin İstanbul şəhərində keçiriləcək "EMİTT 2015" (22 - 25 yanvar), ABŞ-ın Nyu-York şəhərində keçiriləcək "The New York Times Travel Show 2015" (23 - 25 yanvar) və İspaniyanın Madrid şəhərində keçiriləcək "FİTUR 2015" (28 yanvar - 01 fevral) beynəlxalq turizm sərgilərinə qatılacaq.

Qeyd olunan sərgilərdə nazirliklə yanaşı ümumilikdə 22 turizm şirkəti və 5 mehmanxana təmsil olunacaq.

Məlumat üçün qeyd etmək yerinə düşər ki, İstanbul şəhərində keçiriləcək "EMİTT 2015" sərgisi nazirliyin 2015-ci ildə iştirak edəcəyi ilk beynəlxalq turizm sərgisidir.

Son xəbərlər

Orphus sistemi