“Əli və Nino” filmi İndoneziyanın üç böyük şəhərində nümayiş olunacaq

“Əli və Nino” filmi İndoneziyanın üç böyük şəhərində nümayiş olunacaq Aprelin 19-da İndoneziyada ənənəvi olaraq hər il keçirilən “Europe on Screen” (Avropa Ekranda) film festivalı çərçivəsində “Erasmus” sərgi mədəniyyət kompleksində Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Əli və Nino” filminin paytaxt premyerası olub.
Mədəniyyət siyasəti
20 Aprel , 2019 13:05
“Əli və Nino” filmi İndoneziyanın üç böyük şəhərində nümayiş olunacaq

Aprelin 19-da İndoneziyada ənənəvi olaraq hər il keçirilən “Europe on Screen” (Avropa Ekranda) film festivalı çərçivəsində “Erasmus” sərgi mədəniyyət kompleksində Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Əli və Nino” filminin paytaxt premyerası olub.

"Report" xəbər verir ki, 18-30 aprel tarixlərində keçirilən 19-cu “Europe on Screen” Film Festivalı ərzində Avropanın 27 ölkəsinin 100-dən çox tam və qısametrajlı filmləri İndoneziyanın 8 böyük şəhərində nümayiş olunacaq. Festival zamanı “Əli və Nino” filmi İndoneziyanın Cakarta şəhərində 2 dəfə olmaqla, eləcə də Medan və Surabaya şəhərlərində, ümumilikdə, 4 dəfə təqdim ediləcək.

Filmin paytaxt Cakartadakı premyerası zamanı nümayişdən əvvəl çıxış edən Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov filmin Qurban Səidin 33 dilə tərcümə edilmiş eyni adlı romanı əsasında çəkildiyini və ilk dəfə 1937-ci ildə işıq üzü gördüyünü bildirib. O qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu film Əli və Nino arasındakı ülvi məhəbbətlə yanaşı, Azərbaycanda bir əsr əvvəl baş vermiş tarixi hadisələrdən, xüsusilə xalqımızın müstəqillik mübarizəsindən bəhs edir.

Film kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi