Xalq artisti MDB mükafatına layiq görülüb

Xalq artisti MDB mükafatına layiq görülüb Xalq artisti Elçin Əzizov MDB-nin humanitar sahəsində ən böyük mükafatı olan “Birlik ulduzları”-na layiq görülüb.
Mədəniyyət siyasəti
15 Dekabr , 2021 17:03
Xalq artisti MDB mükafatına layiq görülüb

Xalq artisti Elçin Əzizov MDB-nin humanitar sahədə ən böyük mükafatı olan “Birlik ulduzları”na layiq görülüb.

“Report”un Rusiya bürosu xəbər verir ki, mükafatları təqdim etmə mərasimi dekabrın 21-də Moskva şəhərində keçiriləcək.

Mükafatlar qarışıq formatda təqdim olunacaq. Belə ki, mükafat sahibləri mərasimdə onlayn iştirak edəcəklər. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, MDB Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoliy İksanov iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi