Əbülfəs Qarayev vətəndaşları qəbul edib

Əbülfəs Qarayev vətəndaşları qəbul edib Ağdaşda Habil Əliyev adına kamança ifaçılığı müsabiqəsi keçiriləcək
Mədəniyyət siyasəti
24 Fevral , 2015 17:14
Əbülfəs Qarayev vətəndaşları qəbul edib

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarının sakinlərini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda səslənən müraciətlər əsasən bölgələrdəki mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müxtəlif avadanlıq və ləvazimatlarla təminatı, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarixi-mədəniyyət abidələrinin təmir-bərpası kimi məsələlər də müraciətlər arasında yer alıb.

Həmçinin, işlə təmin olunma və digər sosial məsələlərlə bağlı da müraciətlər olub. Görüşdə vətəndaşların müraciətləri dinlənilib, problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

30-dan çox vətəndaş nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətlərini bildiriblər.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə keçirilən bu görüşlərin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, birbaşa ünsiyyət zamanı qaldırılan bir sıra məsələlər operativ olaraq həllini tapır.

Əbülfəs Qarayev gələn ildən Ağdaşda görkəmli sənətkar Habil Əliyevin adına kamança ifaçılığı müsabiqəsinin keçirilməsinin qərara alındığını, eləcə də tarixi-mədəniyyət abidələrinin bərpası, musiqi və incəsənət məktəblərinin maddi vəziyyətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlərə baxılacağını bildirib.

Son xəbərlər

Orphus sistemi