Yuxarı

Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək

Qəbulda 5 rayondan olan sakinlər iştirak edə bilər

Bakı. 16 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Qəbul Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq.

Vətəndaşlar onları narahat edən məsələlərlə bağlı qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi