Əbülfəs Qarayev UNİCEF rəhbərinin müavini ilə görüşüb

Əbülfəs Qarayev UNİCEF rəhbərinin müavini ilə görüşüb Görüşdə Azərbaycan və UNİCEF arasında əlaqələrin tarixi inkişafı və ölkənin uşaqlar və gənclərlə bağlı siyasəti barədə fikir mübadiləsi aparılıb
Mədəniyyət siyasəti
1 İyul , 2016 15:44
Əbülfəs Qarayev UNİCEF rəhbərinin müavini ilə görüşüb

Bakı. 1 iyul. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNİCEF rəhbərinin müavini Castin Forsaytla görüşüb. 

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycan və UNİCEF arasında əlaqələrin tarixi inkişafı və ölkənin uşaqlar və gənclərlə bağlı siyasəti, ailə dəyərləri və UNİCEF-in bu istiqamətlərdə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Ə.Qarayev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz doğma yurdlarından zorla qovulmuş məcburi köçkün və qaçqınların ailə vəziyyəti, xüsusilə də uşaqların mədəni özünü-ifadə hüquqlarının bu təcavüz nəticəsində məhdudlaşdırıldığını diqqətə çatdırıb. Nazir qaçqın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi ilə bağlı birgə layihələrin həyata keçirilməsini təklif edib.

Ə.Qarayev həmçinin mədəniyyətlərarası dialoq sahəsində uşaqların sülhə çağırış mesajlarına Azərbaycanın təşkil etdiyi tədbirlərdə, xüsusilə Bakı Prosesi çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında yer ayrıldığını, mədəni proqramlar təşkil edildiyini diqqətə çatdırıb.

UNİCEF rəsmisi Azərbaycanla əməkdaşlıq səviyyəsindən məmnun olduğunu bildirərək, qeyd edilən istiqamətlərdə Azərbaycanla birgə işləməyə hazır olduqlarını və yeni təyin olunan UNİCEF nümayəndəsinin bu məsələlərdə öz tövhələrini verəcəyinə əmin olduğunu ifadə edib.

Son xəbərlər

Orphus sistemi