Yuxarı

Əbülfəs Qarayev Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb

Tərəflər cari il Azərbaycanda xalçalara həsr olunacaq tədbir, turizm və kitab sərgiləri mövzusunda fikir mübadiləsi aparıb

Bakı. 10 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkmənistanın Azərbaycandakı səfiri Taylı Komekovu qəbul edib.

"Report"un məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Nazir Azərbaycanın Türkmənistanla mədəniyyət və turizm sahəsində əməkdaşlığa böyük önəm verildiyini və ba vaxta qədər ölkələrimiz arasında qarşılıqlı olaraq həyata keçirilən tədbirlərin mədəni əməkdaşlığın tarixində mühüm yer tutduğunu qeyd edib.

Ə.Qarayev səfiri Türkmənistanın Mərv şəhərini 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi münasibətilə təbrik edib və bu işin layiqincə öhdəsindən gəlinəcəyindən əminliyini ifadə edib.

Nazir mədəniyyət və turizm sahəsində konkret işlərin aparılmasında səfirliyin operativ əməyinin yüksək qiymətləndirdiyini əlavə edib.

Bundan əlavə, tərəflər cari il Azərbaycanda xalçalara həsr olunacaq tədbir, turizm və kitab sərgiləri mövzusunda fikir mübadiləsi aparıb.

Səfir Toyli Komekov səmimi qəbula görə minnətdarlığını bildirib. O, mədəniyyət, tarix, milli-mənəvi dəyərlər baxımından Azərbaycan və türkmən xalqlarının tarixi bağlılığını xüsusi vurğulayıb və iki ölkə arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi istiqamətində yaradılan imkanların əhəmiyyətindən danışaraq bu məqsədlə geniş tədbirlər planı, birgə layihələr hazırlanmasının gərəkli olduğunu qeyd edib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi