Bakı. 18 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 30-u saat 11:00-da Tovuz şəhərində Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
"Report" xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar həmin rayonların şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamalıdırlar.
Görüş Heydər Əliyev Mərkəzində baş tutacaq.