Yuxarı

​Əbülfəs Qarayev Rusiyada “İNAM” mükafatına layiq görülüb

Mükafatlandırma mərasimi Moskvada baş tutub

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiyada "İNAM" mükafatına layiq görülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, sözügedən mükafat hər il təsviri incəsənət sahəsində "Ənənələr və müasirlik" festivalı çərçivəsində təqdim olunur.

Təntənəli mükafatlandırma mərasimi çərşənbə axşamı Moskva Beynəlxalq Musiqi Evinin Teatr zalında baş tutub.

Qaliblər 19 ixtisas və 3 xüsusi nominasiya üzrə müəyyən edilib. Nazir bu mükafata Azərbaycan nümayəndə heyətinin müsabiqədə çox fəal iştirak etməsi və çoxlu sayda əsər təqdim etməsi səbəbindən layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi