Yuxarı

Əbülfəs Qarayev Oğuz şəhərində vətəndaşları qəbul edəcək

Qəbul iyulun 15-də olacaq

Bakı. 13 iyul. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 15-i saat 11-də Oğuz şəhərində vətəndaşları qəbul edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Oğuz şəhərində Olimpiya İdman Kompleksində baş tutacaq görüşdə Şəki, Mingəçevir şəhər, Oğuz, Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlara yaşadıqları rayonun mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları tövsiyə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi