Yuxarı

Əbülfəs Qarayev Luvr Muzeyinin İslam Departamentinin direktoru ilə görüşüb

Görüşdə Luvr muzeyinin İslam bölməsində Azərbaycana məxsus eksponatların yerləşdirilməsi də müzakirə edilib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın Luvr Muzeyinin İslam Departamentinin direktoru Yannik Linz ilə görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə Luvr Muzeyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq üzrə 2008-ci ildə bağlanmış razılıq protokolunun davamı kimi Azərbaycan Milli İncəsənət Muzeyi və Luvr Muzeyi arasında 2016-2021 illər yeni əməkdaşlıq müqaviləsinin bağlanması məsələsi üzrə danışıqlar aparılıb.

Protokolda Luvr muzeyi ilə Azərbaycan muzeyləri arasında mütəxəssis mübadiləsinin həyata keçirilməsi, xalçaların restavrasiya edilməsi üzrə əməkdaşlıq və s. kimi məsələlər əksini tapmışdı.

Eyni zamanda görüş çərçivəsində Luvr muzeyinin İslam bölməsində Azərbaycana məxsus eksponatların yerləşdirilməsi də müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi