Yuxarı

Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşları qəbul edəcək

Görüşdə Kürdəmir, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Ağdam, Füzuli və Xocavənd rayonlarının vətəndaşları iştirak edə bilərlər

Bakı. 9 dekabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, qəbul dekabrın 18-də saat 11:00-da Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində keçiriləcək. Görüşdə Kürdəmir, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services elektron xidmətlər portalı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli - Regionlarla iş sektorunun müdiri) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi