Əbülfəs Qarayev Kubanın Azərbaycandakı səfiri ilə görüşüb

Əbülfəs Qarayev Kubanın Azərbaycandakı səfiri ilə görüşüb Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib
Mədəniyyət siyasəti
8 Fevral , 2017 10:38
Əbülfəs Qarayev Kubanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 8 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portuondonu qəbul edib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Azərbaycan ilə Kuba arasında Hökumətlərarası Komissiyanın bərpasının və iki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın həmin komissiya çərçivəsində əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Ə.Qarayev Azərbaycanın mədəniyyət və turizm sahələrində Kuba ilə əməkdaşlığın inkişafında maraqlı olduğu bildirib və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.

Nazir səfirə 2017-ci ilin mayın 5-6-da Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və tədbirə Kuba rəsmilərinin də dəvət olunduğunu qeyd edərək, bu ölkənin forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi