Bakı. 17 noyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fanani ilə görüşüb.
Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə ölkələr arasında qarşılıqlı əlaqələr, mədəniyyət və turizm sahəsində birgə əməkdaşlıq və gələcəkdə həyata keçiriləcək layihələr müzakirə olunub.
Səfir Husnan bey Fanani bu il noyabrın 19-20-də Bakıda ilk dəfə keçiriləcək İndoneziya Mədəniyyət Festivalı haqqında məlumat verib.
Ə.Qarayev ölkəmizdə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirdə iştirak edəcək İndoneziya turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşün təşkil olunmasını və bu çərçivədə turizm sahəsində əməkdaşlığın daha da artırılmasının vacibliyini vurğulayıb.

