Yuxarı

Əbülfəs Qarayev Göytəpə neolit dövrü abidəsini ziyarət edib - FOTO

O, Arxeoloji Parkın və onun ətrafında Neolit kəndinin yaradılması ideyasını müsbət qarşılayıb

Bakı. 30 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tovuz rayonuna səfəri zamanı eradan əvvəl VI minilliyə aid olan Göytəpə qədim yaşayış yerini ziyarət edib. Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Abidənin tədqiqatçısı tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Göytəpə qədim yaşayış məskənində aparılan əsaslı arxeoloji araşdırmaların ilkin nəticələri haqqında geniş məlumat verib və bu tip abidələrin ölkəmizin ictimai həyatında mühüm əhəmiyyətinin vacib atributlarından danışıb.

Nazir Ə.Qarayev Göytəpə qədim yaşayış məskənində aparılan araşdırmaları müsbət qiymətləndirdiyini və "Arxeoloji Park"ın və onun ətrafında "Neolit kəndi"nin yaradılması ideyasının maraqlı olduğunu qeyd edib.

Bundan əlavə, nazir Prezident İlham Əliyevin 2012-ci ilin aprel ayında imzaladığı "Göytəpə Arxeoloji Parkının yaradılması" ilə əlaqədar sərəncamdan irəli gələn layihələndirmə işlərinin ilkin nəticələri ilə tanış olub, öz irad və təkliflərini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi