Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul edəcək Bakı. 16 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Göyçay şəhərində vətəndaşları qəbul edəcək.
Mədəniyyət siyasəti
16 Fevral , 2018 16:50
Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report

Bakı. 16 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Göyçay şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Ə.Qarayev fevralın 23-də saat 11:00-da Göyçay şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98) Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşlarla görüş keçirəcək.

Vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra№-si Şəhər (rayon) əlaqələndirici şəxs əlaqə telefonu
1. Göyçay rayonu Sahib Şükürov (020) 274-35-29 (050) 226-00-37
2. Ağdaş rayonu Tahir Əliyev (020) 235-51-91 (051) 411-75-11
3. Ucar rayonu Alı Babayev (020) 213-01-27 (050) 234-04-65
4. Zərdab rayonu Urfan Əhmədov (020) 296-60-61 (050) 375-83-03

Son xəbərlər

Orphus sistemi