Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev Fransa turizm sənayesinin nümayəndələrilə görüşüb

    Görüşdə müasir texnologiyalar vasitəsilə turizmin inkişaf istiqamətləri haqqında müzakirələr aparılıb

    Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Fransanın turizm sənayesi və kütləvi informasiya vasitələrinin təmsilçilərindən ibarət nümayəndə heyətini qəbul edib. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

    Görüş zamanı nümayəndə heyəti ilə müasir texnologiyalar vasitəsilə turizmin inkişaf istiqamətləri haqqında müzakirələr aparılıb.

    Nazir Azərbaycan mədəniyyətinin və turizminin Fransada tanınması üçün son illər görülən işlərdən danışıb və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Fransanın bir çox şəhərlərində müxtəlif layihələrin həyata keçirildiyi haqqında məlumat verib. Bildirilib ki, bu günlərdə Parisin milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında Heydər Əliyev Fondunun "Azərbaycan şəhərciyi" təşkil edilib, eləcə də Azərbaycanın Fransada 2015-ci il sentyabrın 29-dan, oktyabrın 2-dək keçiriləcək Top Resa sərgisində iştirakı və Fransa media nümayəndələri üçün hər il təşkil olunan info turlar haqqında məlumat verilib. 

    Öz növbəsində, qonaqlar nazir Əbülfəs Qarayevə təşəkkür edərək, Azərbaycanın Fransada daha da tanıdılması üçün təmsil etdikləri təşkilatların aktiv fəaliyyət göstərəcəklərini vurğulayıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi