Əbülfəs Qarayev dörd ölkənin Azərbaycandakı səfirləri ilə görüşüb

Əbülfəs Qarayev dörd ölkənin Azərbaycandakı səfirləri ilə görüşüb Görüşlərdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət siyasəti
22 Yanvar , 2016 13:51
Əbülfəs Qarayev dörd ölkənin Azərbaycandakı səfirləri ilə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Belarusun, İsrailin, Macarıstanın və İndoneziyanın Azərbaycandakı səfirləri ilə görüşüb.

Nazirliyin İnforamasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Belarus səfiri Gennadi Axramoviç, İsrailin Bakıdakı diplomatik nümayəndəliyinin rəhbəri səfiri Dan Stav, Macarıstan səfiri İmre Laslotski və İndoneziya səfiri Prayono Atiyantonla görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında formalaşan mövcud münasibətlər təhlil edilib və bu əlaqələrin daha dərinləşdirilməsi vacibliyi vurğulanıb.

Mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilərək turizm sahəsində də əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı turist səfərlərinin artımına nail olunması istiqamətində birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd edilib.

Səfirlər deyiblər ki, mədəniyyət və turizm sahələrində əməkdaşlıq bundan sonra da inkişaf edəcək.

Son xəbərlər

Orphus sistemi