Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev Dağıstanın turizm və xalq bədii sənətkarlıq naziri ilə görüşüb

    Görüşdə iki ölkə arasında turizm və mədəni əlaqələrin inkişafı, bu sahədə daha sıx əməkdaşlığın qurulması məsələləri müzakirə olunub

    Bakı. 13 may. REPORT.AZ/ Bu gün Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasının Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri Maqamed İsayev ilə görüşüb.

    Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Görüşdə iki ölkə arasında turizm və mədəni əlaqələrin inkişafı, bu sahədə daha sıx əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.

    Nazir Əbülfəs Qarayev Rusiya Federasiyasının Dağıstan Respublikasından turist axının artırılması istiqamətində bir sıra işlərin görülməsinin vacibliyini qeyd edib, Azərbaycan - Dağıstan sərhədində turistlərin gəlişinin asanlaşdırılması üzrə məsələləri müzakirə edilib.

    Həmçinin, qış turizmi sahəsində turistlərin cəlb olunmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb, Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzinin geniş potensialının olması vurğulanıb.

    Rusiya Federasiyasının Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri Maqamed İsayev görüşdə müzakirə edilən məsələlərin mühüm əhəmiyyətini vurğulayıb və iki tərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlərin görüləcəyini qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi