Əbülfəs Qarayev: "Bütün teatrlara birdəfəlik maddi yardım göstərilib"

Əbülfəs Qarayev: "Bütün teatrlara birdəfəlik maddi yardım göstərilib" Həm teatr, həm də konsert müəssisələri mövsümü açır. Yay mövsümündə onlar yeni işlər hazırlayıblar.
Mədəniyyət siyasəti
12 Sentyabr , 2019 16:59
Əbülfəs Qarayev: Bütün teatrlara birdəfəlik maddi yardım göstərilib
Mədəniyyət naziri Əbülfəs Qarayev / Report / Firi Salim

"Həm teatr, həm də konsert müəssisələri mövsümü açır. Yay mövsümündə onlar yeni işlər hazırlayıblar".

"Report" xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün müəssisələrə yeni dövlət sifarişləri verilib: "Bütün teatrlara birdəfəlik maddi yardım göstərilib. Bir sıra köhnə teatrlar bərpa olunub, proses davamlı şəkildə aparılır. Bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək".

Nazir qeyd edib ki, Üzeyir Hacıbəyli adına Beynəlxalq Festivalda bu il Rusiya, Çin və Avstriyadan qonaqlar olacaq: "Bu il həmçinin bir sıra vacib tədbirlər həyata keçiriləcək".

Ə.Qarayev əlavə edib ki, Ermənistan hər zaman Azərbaycanın nailiyyətlərinə kölgə salmağa uğursuz cəhdlər edir: "Ona görə də bizim cavabımız yaradıcı prosesimizin uğurla davam etdirilməsi ilə verilə bilər. Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində işləri gücləndirməliyik. Xalqımız kimsənin yaratdığı nemətə heç vaxt əl uzatmayıb. Amma bizim nemətlərə hər zaman əl uzadılıb".

Orphus sistemi