Əbülfəs Qarayev Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Meri Krofts ilə görüşüb

Əbülfəs Qarayev Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Meri Krofts ilə görüşüb Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət siyasəti
1 Sentyabr , 2016 18:55
Əbülfəs Qarayev Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Meri Krofts ilə görüşüb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Krofts və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt ilə görüşüb.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında bu sahələrdə formalaşmış mövcud əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Əbülfəs Qarayev mədəniyyət sahəsində həyata keçirilmiş bir sıra layihələr və proqramlar haqqında məlumat verərək, bundan sonra da davamlı olaraq təcrübə mübadiləsinin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Həmçinin, “British Council” təşkilatının bu sahələr üzrə reallaşdırılmış layihələrini yüksək qiymətləndirərək, əməkdaşlığın davamlı olacağına və uğurlu nəticələrə yol açacağına inamını deyib.

Nazir Bakı Prosesi və 2017-ci ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək, tədbirdə iştiraka dəvət edib.

Səfir Azərbaycanda olmaqdan böyük məmnunluğunu ifadə edərək bildirib ki, ölkənin tarixi, mədəniyyəti, incəsənəti onda çox yüksək təəssüratlar yaradıb. Səmimi görüşə görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirən səfir Azərbaycan ilə mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə edib.

Son xəbərlər

Orphus sistemi