Azərbaycan şirkətləri Bolqarıstanın turizm bazarında yaxından iştirak edəcək

Azərbaycan şirkətləri Bolqarıstanın turizm bazarında yaxından iştirak edəcək Əbülfəs Qarayev Bolqarıstanın turizm naziri ilə görüşüb
Mədəniyyət siyasəti
19 May , 2015 20:43
Azərbaycan şirkətləri Bolqarıstanın turizm bazarında yaxından iştirak edəcək

Bakı. 19 may. REPORT.AZ/ III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Bolqarıstanın turizm naziri Nikolina Angelkova Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.

"Report" xəbər verir ki, görüşdə iki ölkə arasında turizm sahəsində mövcud əməkdaşlıq əlaqələri müzakirə olunub.

Bolqarıstanlı nazir Azərbaycanın mövcud turizm imkanlarını və bu sahədə aparılan işləri yüksək qiymətləndirib.

O, Azərbaycan şirkətlərini Bolqarıstan turizminə investisiya qoymağa çağırıb.

Əbülfəs Qarayev bolqarıstanlı həmkarının təklifini yüksək dəyərləndirib və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi